Yuxarı

Qanada partlayış və leysan nəticəsində ölənlərin sayı 200 nəfəri keçib

Ölkə prezidenti 3 günlük matəm elan edib

Bakı. 5 iyun. REPORT.AZ/ Qananın paytaxtı Akkrada yanacaqdoldurma məntəqəsində baş verən partlayış və leysan nəticəsində ölənlərin sayı 200 nəfəri keçib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda Qananın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xəbər görə, partlayış nəticəsində yaralanan 35 nəfər xəstəxanaya yerləşdirilib.

Hökumət hadisənin vurduğu ziyanın nəticələrini aradan qaldımaq üçün 15 milyon dollar məbləğində maliyyə vəsaiti ayırıb.

Qana prezidenti Con Dramani Mahama hadisə və təbii fəlakət qurbanlarının xatirəsini yad etmək üçün 3 günlük matəm elan edib.

Partlayış baş verən yerdə xilasetmə işləri iyunun 7-dək davam etdiriləcək.

Qeyd edək ki, iyunun 3-də Akkrada yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Məlumata əsasən, hadisənin baş verməsinə səbəb yanğın olub. Qurbanların sayının çox olmasını isə yağan leysan yağışlarla əlaqələndirirlər. Çünki güclü yağışdan qorunmaq üçün sakinlər yanacaqdoldurma məntəqəsinə sığınıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi