Qambiya Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa başladığını elan edib

Qambiya Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa başladığını elan edib ABŞ, Çin, Hindistan, İsrail və İran Beynəlxalq Cinayət Məhkəməsi ideyasına prinsipial olaraq, qarşıdır
Digər ölkələr
15 Noyabr , 2016 08:27
Qambiya Beynəlxalq Cinayət Məhkəməsindən çıxmağa başladığını elan edib

Bakı. 15 noyabr. REPORT.AZ/Qambiya Haaqa Beynəlxalq Cinayət Məhkəməsindən formal olaraq, çıxmağa başladığını elan edib.

"Report" BBC-yə istnadən xəbər verir ki, Qambiya tribunalı Afrika dövlətlərinə münasibətdə obyektiv olmamaqda günahlandırıb.

İnformasiyaya əsasən, ölkənin BMT-dəki təmsilçisi bildirib ki, 2017-ci il noyabrın 10-da Qambiya Beynəlxalq Məhkəməyə üzvülüyünü dayandıracaq.

Məlumata görə, bununla da Qambiya Cənubi Afrika Respublikası və Burundidən sonra Afrikanın qurumdan çıxan üçüncü ölkəsi olacaq.

Xəbərə əsasən, Qambiyanın informasiya naziri Şeriff Bocanq bildirib ki,məhəkəmədən afirkalılara və onların liderlərinə qarşı təzyiq vasitəsi olaraq, istifad edildiyi halda Qərbin cinayətlərinə diqqət edilmir.

Məlumata görə, Beynəlxalq Məhkəmənin baş prokuroru Fatu Bensuda Qambiyanı təmsil edir. Ötən gün o, ABŞ-ın Müdafiə Naziriliyi və Mərkəzi Kəşfiyyat İdarəsini Əfqanıstanda "törətdiyi cinayətlərdə" ittiham edib.

Qeyd edək ki, ABŞ, Çin, Hindistan, İsrail və İran Beynəlxalq Cinayət Məhkəməsi ideyasına prinsipial olaraq, qarşıdır.

Xatırladaq ki, bu qurum 1998-ci ildə Haqqada təsis edilsə də , 2002-ci ildən fəaliyyətə başlayıb. Hazırda bu məhkəmənin 124 üzvü var.60-dan artıq dövlətin parlamenti onun yaradılmasını ratifikasiya edib. Rusya indiyədək onu ratifikasiya etməyib. RF məhkəmənin fəaliyyətində müşahidəçi kimi iştirak edir.

Son xəbərlər

Orphus sistemi