​Qalapaqos adalarında yeni nəhəng tısbağa növü aşkar olunub

​Qalapaqos adalarında yeni nəhəng tısbağa növü aşkar olunub Tapılan növ Fausto Yerenin şərəfinə "Chelonoidis donfaustoi" adlandırılıb
Digər ölkələr
242
22 Oktyabr , 2015 08:50
​Qalapaqos adalarında yeni nəhəng tısbağa növü aşkar olunub

Bakı. 22 oktyabr. REPORT.AZ/ Alimlər Qalapaqos adalarında yaşayan nəhəng tısbağalar arasında yeni növ aşkar ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, onların bu kəşfi DNT analizi sayəsində mümkün olub.

Məlum olub ki, bir növə məxsus olduğu düşünülən populyasiya, əslində iki növə aid imiş.

Kəşf olunan çanaqlı bağa növünə Abinqdon fil tısbağası yarımnövünün son nümayəndəsi hesab edilən Yalqız Corcun qayğısına qalan Fausto Yerenin şərəfinə "Chelonoidis donfaustoi" adlandırılıb. Zooloqların sözlərinə görə, bu növün cəmi 250-300 nümayəndəsi var. Bu tısbağalar Santa-Krus adasının şərq hissəsində yaşayır.

Yeni kəşfdən sonra indi Qalapaqos arxipelaqında 11 növ nəhəng çanaqlı bağa növü var.

Son xəbərlər

Orphus sistemi