Putin: Qərbin qeyri-sağlam metodları sabitliyi pozur və çəkişmələri təşviq edir

Putin: Qərbin qeyri-sağlam metodları sabitliyi pozur və çəkişmələri təşviq edir Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərbin istifadə etdiyi qeyri-sağlam üsullar sabitliyi pozur və dövlətlərarası çəkişmələri təşviq edir.
Digər ölkələr
24 Oktyabr , 2024 13:00
Putin: Qərbin qeyri-sağlam metodları sabitliyi pozur və çəkişmələri təşviq edir

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Qərbin istifadə etdiyi qeyri-sağlam üsullar sabitliyi pozur və dövlətlərarası çəkişmələri təşviq edir.

"Report"un Kazana ezam olunmuş müxbiri xəbər verir ki, o, bunu Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasını açarkən deyib.

“Dünyaya zorla qəbul etdirilən və qaydalara əsaslanan nizamın pərdəarxasında çoxalan rəqiblərin, Afrika, Asiya və Latın Amerikası ölkələrinin müstəqil inkişafının qarşısını almaq cəhdləri var. Onlar qeyri-qanuni birtərəfli sanksiyalar, açıq proteksionizm, valyuta və fond bazarları ilə manipulyasiya, demokratiya və insan haqlarına qayğı və iqlim dəyişikliyi ilə mübarizə şüarı altında daxili işlərə müdaxilədən istifadə edirlər”, - Putin qeyd edib.

Onun sözlərinə görə, bu cür qeyri-sağlam üsul və yanaşmalar yeni münaqişələrin yaranmasına, köhnə ziddiyyətlərin kəskinləşməsinə gətirib çıxarır.

“Nəticədə regional və qlobal strateji sabitlik, bərabər və bölünməz təhlükəsizlik prinsipləri pozulur, dövlətlərarası və daxili çəkişmələr təşviq edilir”, - Rusiya lideri bildirib.

Son xəbərlər

Orphus sistemi