Yuxarı
    Bağlamaq

    Putin: "KXDR acından ot yeyər, amma nüvə proqramından imtina etməz"

    Pxenyana qarşı hərbi güc tətbiq etmək qlobal fəlakətə gətirib çıxaracaq© Washingtontimes/ Marc Bennetts

    Bakı. 6 sentyabr. REPORT.AZ/ Rusiya Prezident Vladimir Putin bildirib ki, şimali koreyalılar "ot yeyərlər", amma nüvə proqramlarından imtina etməzlər.

    "Report" "The Independent"ə istinadən xəbər verir ki, bununla belə, V.Putin Koreya Xalq Demokratik Respublikasının son sınaqlarını pisləyib, lakin bildirib ki, Pxenyana qarşı hərbi güc tətbiq etmək qlobal fəlakətə gətirib çıxaracaq.

    O əlavə edib ki, Moskva KXDR-yə qarşı sanksiyaları faydasız və səmərəsiz hesab edir. Eyni zamanda Rusiya lideri qeyd edib ki, Şimal qonşuları "hərbi isteriya" yaratmaqdansa, problemin həlli ilə məşğul olmalıdırlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi