Psaki: "Rusiya Ümumdünya Ticarət Təşkilatından çıxarıla bilər"

Psaki: "Rusiya Ümumdünya Ticarət Təşkilatından çıxarıla bilər" "Rusiya Ümumdünya Ticarət Təşkilatından çıxarıla bilər".
Digər ölkələr
9 Mart , 2022 22:20
Psaki: Rusiya Ümumdünya Ticarət Təşkilatından çıxarıla bilər

"Rusiya Ümumdünya Ticarət Təşkilatından çıxarıla bilər".

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Ağ Evin sözçüsü Cen Psaki bildirib.

Psaki deyib ki, ABŞ bu məsələdə digər ölkələrlə məsləhətləşmələr aparır.

"Bu, ABŞ-ın edə biləcəyi birtərəfli addım deyil. Biz danışıqları davam etdirəcəyik", - Ağ Evin sözçüsü qeyd edib.

Bundan əlavə, Venesiya Komissiyası Rusiyanın təmsilçilik hüququna xitam verilməsi təşəbbüsü ilə çıxış edir. Bu barədə Venesiya Komissiyasının üzvü, Ukrayna Konstitusiya Məhkəməsinin sədr müavini Sergey Qolovatı bildirib. Qeyd edək ki, Nazirlər Komitəsinin məsələ ilə bağlı qərarını martın 10-da verəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi