Polşanın XİN rəhbəri Xorvatiyanı Azərbaycan yanacağından istifadə etməyə çağırıb

Polşanın XİN rəhbəri Xorvatiyanı Azərbaycan yanacağından istifadə etməyə çağırıb Rəsmi Varşava qərbi Rusiya təbii qazından imtina etməyə razı salmağa çalışır
Digər ölkələr
18 Noyabr , 2017 04:12
Polşanın XİN rəhbəri Xorvatiyanı Azərbaycan yanacağından istifadə etməyə çağırıb

Bakı. 18 noyabr. REPORT.AZ/ Polşa hakimiyyəti bildirib ki, Avropa ölkələrini Rusiya təbii qazından imtina etməyə razı salmağa çalışır.

"Report" xəbər verir ki, bu barədə "Polşa radiosu" məlumat yayıb.

Ölkənin xarici işlər naziri Vitold Vaşikovskinin sözlərinə görə, rəsmi Varşava Xorvatiyaya Azərbaycan yanacağından istifadə etməyi təklif edib. O, qeyd edib ki, ölkə 2022-ci ilə Rusiyayla müqaviləni başa çatdırmağa planlaşdırır.

"Biz başqa dövlətləri təşviq edirik. Məsələn, Xorvatiyanı ki, o da həmçinin Avropanın hissəsini təmin etmək üçün Adriatikdə qaz terminalı tiksin", - deyə Polşanın Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.

Vaşikovski xatırladıb ki, Polşa artıq qazın çatdırılması ilə bağlı Birləşmiş Ştatlarla əməkdaşlığa başlayıb.

Son xəbərlər

Orphus sistemi