Yuxarı
    Bağlamaq

    Polşada 10 min insan bomba təhlükəsi ilə əlaqədar təxliyə edilib

    Sakinlər avtobuslarla məktəbi binasına köçürülüblər və bomba zərərsizləşdirilənə qədər orada qalacaqlar

    Bakı. 9 iyul. REPORT.AZ/ Polşanın şərqindəki Belostok və Suprasl şəhərlərində 10 min insan yol işləri zamanı aşkarlanmış və İkinci Dünya Müharibəsindən qalmış bomba ilə əlaqədar təxliyə edilib.

    "Report" xəbər verir ki, bu barədə "Associated Press" polşa məmuruna istinadən məlumat yayıb.

    Məlumatda bildirilir ki, sakinlər avtobuslarla məktəbi binasına köçürülüblər. Onlar bomba zərərsizləşdirilənə qədər orada qalacaqlar.

    Belostok meriyasının mətbuat katibi Anna Kovalska bildirib ki, həmin ərazidə 10 minə yaxıın insan yaşayır.

    500 kiloqramlıq ST-500 alman bombası iyulun 6-da aşkarlanıb. Mütəxəssislər onu xüsusi avtomobilə yükləyərək atış mərkəzində zərərsizləşdirəcəklər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi