Polşa Ukraynaya 2 milyard avroluq silah verib
Digər ölkələr
- 25 mart, 2023
- 19:09
Polşa Ukraynaya tədarük etdiyi 2 milyard avro dəyərində silahların sənədlərini Avropa Birliyinə təhvil verib.
“Report” xəbər verir ki, bunu “RMF” radiosuna müsahibəsində Polşanın Baş naziri Mateuş Moravetski deyib.
“Biz 2 milyardlıq hesabatları təhvil verdik. Bu, Polşa üçün çox yaxşı xəbərdir. Polşa büdcəsi üçün çox yaxşı xəbərdir. Bu pulla biz ən müasir silahları ala biləcəyik”, - o deyib.
Polşa Ukrayna Silahlı Qüvvələrinə “MiQ-29” təyyarələri, “T-72” tankları və 14 ədəd “Leopard 2” tankı, artilleriya mərmiləri və digər döyüş sursatları, daşına bilən hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları verib.
Ölkə hakimiyyəti 2022-ci ildə Ukraynaya hərbi yardımın həcmini 2,2 milyard avro həcmində qiymətləndirib.
Son xəbərlər
19:59
Azərbaycan və Afrika ölkələri arasında əlaqələrin inkişafı müzakirə edilib
Biznes19:58
İtaliya şirkəti Azərbaycanda plazma preparatları istehsalı və tədqiqat mərkəzi qurmağı planlaşdırır
Biznes19:57
Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib
Futbol19:56
Türk Dövlətlərinin İnvestisiyaların Təşviqi Şəbəkəsinin koordinasiya görüşü keçirilib
Biznes19:55
Foto
"Beynəlxalq maliyyə əməkdaşlığı: inkişaf üçün tərəfdaşlıqların qurulması" mövzusunda sessiya təşkil olunub
Biznes19:53
Foto
AIIF 2026 çərçivəsində aqrobiznesdə innovasiyalar və texnoloji inkişaf müzakirə edilib
Biznes19:50
Foto
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri atəş dəstəyi altında himayəli irəliləmə tapşırıqlarını icra ediblər
Hərbi19:50
Foto
Ceyhun Bayramov sloveniyalı həmkarı ilə ikitərəfli gündəliyi nəzərdən keçirib
Xarici siyasət19:49