Polşa Seymi Mateuş Moravetski hökumətinə etimadsızlıq votumu qəbul edib

Polşa Seymi Mateuş Moravetski hökumətinə etimadsızlıq votumu qəbul edib Polşa Seyminin (parlamentin aşağı palatası) deputatları Baş nazir Mateuş Moravetskinin hökumətinə etimad votumu üzrə səsvermədə səs verməyiblər.
Digər ölkələr
11 Dekabr , 2023 20:59
Polşa Seymi Mateuş Moravetski hökumətinə etimadsızlıq votumu qəbul edib

Polşa Seyminin (parlamentin aşağı palatası) deputatları Baş nazir Mateuş Moravetskinin hökumətinə etimad votumu üzrə səsvermədə səs verməyiblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın “Gazeta Wyborcza” nəşri məlumat yayıb.

Məlumata görə, etimad votumunun lehinə 190, əleyhinə isə 266 deputat səs verib. Gözlənildiyi kimi, Moravetskinin kabinetini keçmiş hakim “Hüquq və Ədalət” partiyasının deputatları dəstəkləyib, 15 oktyabr parlament seçkilərindən sonra Seymdə çoxluq qazanmış müxalifət koalisiyasından olan qanunvericilər isə ona etimad göstərməkdən imtina edib.

Moravetskinin kabineti etimad votumu ala bilmədikdən sonra yeni baş nazirin və onun kabinetinin üzvlərinin seçilməsi təşəbbüsü Seymə keçir. Artıq birləşmiş müxalifət ən böyük müxalifət birliyi olan Vətəndaş Koalisiyasının lideri Donald Tusku hökumət başçısı vəzifəsinə namizəd kimi irəli sürüb.

Son xəbərlər

Orphus sistemi