Polşa müvəqqəti olaraq Aİ ilə sərhədlərində nəzarət tətbiq edəcək

Polşa müvəqqəti olaraq Aİ ilə sərhədlərində nəzarət tətbiq edəcək Bu tədbirlər iyulun 8-9-da Polşada NATO sammitinin keçirilməsiylə bağlıdır
Digər ölkələr
4 İyul , 2016 09:29
Polşa müvəqqəti olaraq Aİ ilə sərhədlərində nəzarət tətbiq edəcək

Bakı. 4 iyul. REPORT.AZ/ Polşa bir aylıq müddətə Ai ölkələri - Çexiya, Almaniya, Slovakiya, Litva ilə sərhəddə, eləcə də limanlar və aeroportlarda nəzarət tətbiq edəcək.

"Report" Polşa KİV-inə istinadən xəbər verir ki, bu tədbirlər Polşada iyulun 8-9-da NATO sammitinin, iyulun sonlarında isə Dünya Gənclər gününün keçirilməsiylə bağlıdır.

Nəzarət seçmə yolla - digər ölkələr tərəfindən verilən məlumatların təhlilinə əsaslanaraq fərdi qaydada müəyyən şəxslərə qarşı həyata keçiriləcək.

Sərhəddəki müvəqqəti nəzarət avqustun 2-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi