Polşa – Belarus sərhədindəki vəziyyət Vişeqrad Qrupunda müzakirəyə çıxarılır

Polşa – Belarus sərhədindəki vəziyyət Vişeqrad Qrupunda müzakirəyə çıxarılır Polşa baş naziri Mateuş Moraveçki Belarus sərhədindəki mövcud vəziyyəti müzakirə etmək üçün Vışeqrad Qrupuna müraciət edib.
Digər ölkələr
22 Noyabr , 2021 13:11
Polşa – Belarus sərhədindəki vəziyyət Vişeqrad Qrupunda müzakirəyə çıxarılır

Polşanın Baş naziri Mateuş Moraveçki Belarus sərhədindəki mövcud vəziyyəti müzakirə etmək üçün Vişeqrad Qrupuna müraciət edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət sözçüsü Piotr Müller sabah Vişeqrad Qrupunun Budapeştdə görüş keçirəcəyini bildirib.

O deyib ki, məsələnin geosiyasi fəsadlarını daha çox hiss edəcək region ölkələrindən başlayırıq.

Ötən gün Polşa hökumət başçısı Latviya, Litva, Estoniyaya səfər edərək Belarus sərhədindəki miqrant böhranı ilə bağlı məsələni müzakirə edib. Onun fikrinə görə, həmin məsələ Ukraynanın şətrqindəki münaqişə və təbii qazın qiymətinin qalxması ilə yanaşı, Rusiyanın Avropa İttifaqına qarşı apardığı hibrid müharibəsinin bir parçasıdır.

Xatırladaq ki, Vişeqrad Qrupunun üzvləri Macarıstan, Slovakiya, Çex Respublikası və Polşadır.

Son xəbərlər

Orphus sistemi