Smolensk fəlakətini araşdıran Polşa komissiyası amerikalı və avropalı mütəxəssislərin ekspertizalarını saxtalaşdırıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tuskun ofisinin rəhbəri Yan Qrabets jurnalistlərə bildirib.
“Bu komissiya, şübhəsiz ki, bir çox ölçülərdə sözün bitdiyi yer idi, lakin hər şeydən öncə Polşanın nüfuzuna, Polşa dövlətinin nüfuzuna vurulmuş xələl idi”, – Qrabets deyib.
Xatırladaq ki, Polşanın Müdafiə Nazirliyi 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında keçmiş Prezident Lex Kaçinskinin təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdıran komissiyanı ləğv edib.