Polşa Avropada adi silahlı qüvvələr haqqında Müqaviləni dayandırıb

Polşa Avropada adi silahlı qüvvələr haqqında Müqaviləni dayandırıb Polşa Prezidenti Anjey Duda Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin (AASQHM) fəaliyyətini dayandıran qanunu imzalayıb.
Digər ölkələr
29 mart 2024 17:00
Polşa Avropada adi silahlı qüvvələr haqqında Müqaviləni dayandırıb

Polşa Prezidenti Anjey Duda Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin (AASQHM) fəaliyyətini dayandıran qanunu imzalayıb.

“Report” Polşa KİV-nə istinadən xəbər verir ki, bu barədə Prezident Aparatından məlumat verilib.

Müqavilənin dayandırılması rəsmi Varşavanın müqavilənin rəsmi tərəfi olaraq qalmasına, lakin onun müddəalarına əməl etməməsinə səbəb olacaq.

Xatırladaq ki, AASQHM 1990-cı ildə Parisdə imzalanıb.

Son xəbərlər

Orphus sistemi