Polis “Tesla Cybertruck”ın partladılmasında şübhəli bilinən şəxsin kimliyini müəyyən edib

Polis “Tesla Cybertruck”ın partladılmasında şübhəli bilinən şəxsin kimliyini müəyyən edib ABŞ polisi Las-Veqasda “Tesla Cybertruck” avtomobilinin partladılmasında şübhəli bilinən şəxsin kimliyini müəyyən edib.
Digər ölkələr
2 Yanvar , 2025 12:31
Polis “Tesla Cybertruck”ın partladılmasında şübhəli bilinən şəxsin kimliyini müəyyən edib

ABŞ polisi Las-Veqasda “Tesla Cybertruck” avtomobilinin partladılmasında şübhəli bilinən şəxsin kimliyini müəyyən edib.

“Report” xəbər verir ki, bu barədə “KTNV-TV” telekanalı mənbələrə istinadən məlumat yayıb.

"Müstəntiqlər şübhəli şəxsin 37 yaşlı Metyu Livelsberger olduğunu müəyyən ediblər", - telekanalın məlumatında deyilir. Qeyd olunur ki, “Cybertruck”ın partladılmasında şübhəli bilinən şəxs ABŞ ordusunda xidmət edib.

FTB müstəntiqləri Alkoqol, Tütün, Odlu Silah və Partlayıcı Maddələrin Dövriyyəsinə Nəzarət Bürosunun (ATF) əməkdaşları ilə birlikdə şübhəli şəxsin yaşadığı evlərdən birində axtarış aparırlar.

“Cybertruck” elektrikli pikapı çərşənbə günü Las-Veqasda 64 mərtəbəli “Trump International Hotel”in yanında partladılıb. Hadisə nəticəsində ən azı bir nəfər həlak olub, daha yeddi nəfər xəsarət alıb.

ABŞ xüsusi xidmət orqanları Nyu-Orleanda (Luiziana ştatı) törədilmiş terror aktı ilə Las-Veqasda (Nevada ştatı) “Cybertruck” pikapının partladılması arasında əlaqənin olub-olmadığını araşdırır. Nyu-Orleandakı insident nəticəsində 15 nəfər həlak olub, ən azı 30 nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi