PKK Suriya Kürdüstan Demokrat Partiyasının binasına silahlı hücum edib

PKK Suriya Kürdüstan Demokrat Partiyasının binasına silahlı hücum edib Terrorçular binanı atəşə tutub, Məsud Barzaninin portretini dağıdıb, ofisi yarasız hala salıblar
Digər ölkələr
4 Mart , 2017 13:55
PKK Suriya Kürdüstan Demokrat Partiyasının binasına silahlı hücum edib

Bakı. 4 mart. REPORT.AZ/ Terrorçu “PYD” (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu) üzvləri Suriyanın Kamışlı bölgəsində İraqın şimalındakı kürd muxtar hökumətinin rəhbəri Məsud Barzaniyə yaxın olan Kürdüstan Demokrat Partiyasının qərargahına silahlı hücum ediblər.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, terrorçular binanı atəşə tutub, Məsud Barzaninin portretini dağıdıb, ofisi yarasız hala salıblar.

Ötən gün Mosulun Sincar rayonunda terrorçu PKK üzvləri ilə kürd silahlıları arasında da atışma olduğu barədə xəbər yayılmışdı. Həmin silahlı qarşıdurma nəticəsində bir terrorçu öldürülmüş, 4-ü isə yaralanmışdı. 

Son xəbərlər

Orphus sistemi