Peskov: Putinlə görüşdə terror hücumu zərərçəkənlərinə dəstək məsələsi müzakirə olunacaq

Peskov: Putinlə görüşdə terror hücumu zərərçəkənlərinə dəstək məsələsi müzakirə olunacaq Rusiya Prezidenti Vladimir Putinin “Crocus City Hall”da baş vermiş terror aktının nəticələrinə dair keçirəcəyi görüşdə əsas mövzulardan biri zərərçəkənlərə dəstək məsələsi olacaq.
Digər ölkələr
25 mart 2024 10:17
Peskov: Putinlə görüşdə terror hücumu zərərçəkənlərinə dəstək məsələsi müzakirə olunacaq

Rusiya Prezidenti Vladimir Putinin “Crocus City Hall”da baş vermiş terror aktının nəticələrinə dair keçirəcəyi görüşdə əsas mövzulardan biri zərərçəkənlərə dəstək məsələsi olacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

“Görüş məhz bu məqsədlə çağırılır və əsasən bu mövzu müzakirə olunacaq”, - Kreml nümayəndəsi deyib.

Peskov vurğulayıb ki, Putin hələlik “Crocus City Hall”da faciə baş vermiş yerə getməyi planlaşdırmır.

Son xəbərlər

Orphus sistemi