Peruda seçkilərlə bağlı toqquşmalar zamanı 3 nəfər ölüb

Digər ölkələr
  • 02 noyabr, 2016
  • 23:39
Peruda seçkilərlə bağlı toqquşmalar zamanı 3 nəfər ölüb

Bakı. 3 noyabr. REPORT.AZ/ Perunun Rurimana şəhər merinin yenidən bu vəzifəyə seçilməsi səbəbindən baş verən toqquşmalar nəticəsində 3 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Ukayali regionunun qubernatoru Manuel Qambiniyə istinadən "RPP Noticias" radiostansiyası məlumat yayıb.

Qambininin sözlərinə görə, kütləvi toqquşmalar Loyber Roça Pinedanın yenidən mer seçilməsinin əleyhdarları ilə tərəfdarları arasında baş verib.

44 - Tezliklə