Pentaqonun başçısı: "Ukraynaya 5 milyard dollar məbləğində hərbi yardım toplanıb"

Pentaqonun başçısı: "Ukraynaya 5 milyard dollar məbləğində hərbi yardım toplanıb" "ABŞ-ın Almaniyanın Ramştayn hərbi bazasında keçirilən toplantıda tərəfkeş ölkələr Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplayıb".
Digər ölkələr
26 Aprel , 2022 14:24
Pentaqonun başçısı: Ukraynaya 5 milyard dollar məbləğində hərbi yardım toplanıb
Lloyd Ostin

"ABŞ-ın Almaniyanın Ramştayn hərbi bazasında keçirilən toplantıda tərəfkeş ölkələr Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplayıb".

“Report” “dw”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

“Sizin müqavimətiniz azad dünyaya ilham verdi”, - Pentaqonun başçısı Ukraynanın müdafiə naziri Oleksey Reznikova müraciət edərək deyib.

Lloyd Ostinin sözlərinə görə, öz ölkəsi uğrunda mübarizə aparan Kiyevin dəstəklənməsi sürətlə artır. O vurğulayıb ki, toplanan 5 milyard dolların 3,7 milyardını ABŞ administrasiyası ayırıb.

Qeyd edək ki, NATO-ya üzv dövlətlərdə daxil olmaqla 40-dan artıq ölkənin müdafiə nazirlərinin Ramştaynda toplantısı keçirilir. Ukraynaya yardım yığıncağın əsas mövzusudur.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələrinin xaricdəki ən böyük bazası Ramştaynda yerləşir. Orada 9 min amerikalı hərbçi dislokasiya olunub.

Son xəbərlər

Orphus sistemi