Pentaqonun rəhbəri Qara dənizdəki təlimləri dəyərləndirib

Pentaqonun rəhbəri Qara dənizdəki təlimləri dəyərləndirib “Rumıniya, ABŞ, Türkiyə və Ukrayna Hərbi Dəniz Qüvvələrinin Qara dənizdəki təlimləri inteqrasiya olunmuş mühafizə strategiyasının əsas komponentidir”.
Digər ölkələr
14 Noyabr , 2021 05:10
Pentaqonun rəhbəri Qara dənizdəki təlimləri dəyərləndirib

“Rumıniya, ABŞ, Türkiyə və Ukrayna Hərbi Dəniz Qüvvələrinin Qara dənizdəki təlimləri inteqrasiya olunmuş mühafizə strategiyasının əsas komponentidir”.

“Report” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin tviter səhifəsində bildirib.

“Həqiqətən inteqrasiya olunmuş mühafizə strategiyasının əsas komponentlərindən biri birgə quru, hava və dəniz təlimləri vasitəsilə dünya üzrə müttəfiqlər və tərəfdaşlarla sıx əməkdaşlıq etməkdir”, - paylaşımda deyilir.

Qeyd edək ki, Rumıniya, ABŞ, Türkiyə və Ukrayna donanmasının yeddi hərbi gəmisi cümə günü (12 noyabr- Red) Qara dənizin Rumıniya sahilləri yaxınlığında beynəlxalq sularda təlimlər keçirib.

ABŞ hərbi gəmiləri noyabrın 12-14-də Rumıniyanın Konstansa limanında yerləşdiriləcək. Eyni zamanda ABŞ-ın 6-cı donanmasının komandanı, vitse-admiral Yucina Blek Rumıniya Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi