Pentaqon rəhbəri yenə xəstəxanaya yerləşdiriləcək

Pentaqon rəhbəri yenə xəstəxanaya yerləşdiriləcək ABŞ-nin müdafiə naziri Lloyd Ostin yenidən tibbi yoxlanışdan keçəcək və xəstəxanaya yerləşdiriləcək. Bu, sidik kisəsindəki problemlə əlaqəlidir.
Digər ölkələr
25 May , 2024 01:01
Pentaqon rəhbəri yenə xəstəxanaya yerləşdiriləcək

ABŞ-nin müdafiə naziri Lloyd Ostin yenidən tibbi yoxlanışdan keçəcək və xəstəxanaya yerləşdiriləcək. Bu, sidik kisəsindəki problemlə əlaqəlidir.

“Report” xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi general-mayor Patrik Rayderin bəyanatında bildirilib.

Qeyd olunub ki, Ostin xəstəxanada planlı, fakültətiv və “minimal invaziv qeyri-cərrahi prosedur”dan keçəcək.

Ostinin sonuncu dəfə xəstəxanaya yerləşdirilməsində olduğu kimi, onun vəzifələrini müavini Ketlin Hiks yerinə yetirəcək.

Bəyanatda diqqətə çatdırılıb ki, fevralın 13-də əvvəlki tibbi prosedur fonunda bildirildiyi kimi, nazirin sidik kisəsi problemi “onun xərçəng diaqnozu ilə əlaqəli deyil”.

Pentaqon əlavə edib ki, artıq Ağ ev və Konqresə müdafiə nazirinin hazırda xəstəxanaya yerləşdirilməsi barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi