Pentaqon Kiyevə “ATACMS” tədarükünün mümkünlüyünü şərh edib

Pentaqon Kiyevə “ATACMS” tədarükünün mümkünlüyünü şərh edib Pentaqon Kiyevin “ATACMS” operativ-taktiki raket kompleksləri ilə təchiz edilməsinin mümkünlüyü məsələsini gündəmdən çıxarmır, lakin hazırda hesab edir ki, Ukrayna döyüş meydanında ona lazım olan hər şeyə malikdir.
Digər ölkələr
18 İyul , 2023 06:21
Pentaqon Kiyevə “ATACMS” tədarükünün mümkünlüyünü şərh edib

Pentaqon Kiyevin “ATACMS” operativ-taktiki raket kompleksləri ilə təchiz edilməsinin mümkünlüyü məsələsini gündəmdən çıxarmır, lakin hazırda hesab edir ki, Ukrayna döyüş meydanında ona lazım olan hər şeyə malikdir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) nümayəndəsi Sabrina Sinq deyib.

Onun sözlərinə görə, Ukrayna ordusunun əks-hücumu üçün lazım olan hər şey var:

“ATACMS-ə gəlincə, biz heç nəyi gündəmdən çıxarmırıq. Amma hazırda biz Ukraynaya artıq tədarük etdiklərimizlə işləməyə davam edirik. Sabah təmas qrupunun növbəti iclası olacaq. Bu müddət ərzində müttəfiqlər və tərəfdaşlar Ukraynanın bəzi prioritet ehtiyaclarına, o cümlədən hava hücumundan müdafiə və artilleriyaya əsaslanaraq təhlükəsizliyini təmin etmək üçün daha nə edə biləcəyimizi müzakirə edəcəklər”.

Son xəbərlər

Orphus sistemi