Ötən ilin oktyabrın 17-dən ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına hücumların sayı artaraq 165-ə çatıb.
"Report" xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə bildirib.
“Oktyabrın 17-dən yanvarın 29-dək biz 165 hücum - 66-sı İraqda, 98-i Suriyada və təbii ki, sonuncu İordaniyada qeydə aldıq”, – Pentaqonun sözçüsü qeyd edib.
Sinq bu hücumlarda ən azı 80 nəfərin yaralandığını, lakin bu rəqəmlərə İordaniyadakı bazaya edilən son hücumun daxil olmadığını deyib.