Yuxarı
    Bağlamaq

    Parisdə etirazçılarla polislər arasında toqquşma baş verib

    Nümayişçiləri dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib

    Bakı. 4 may. REPORT.AZ/ Parisdə etirazçılarla polislər arasında toqquşma baş verib. "Report" AFP-yə istinadən xəbər verir ki, toqquşma bu gün səhər hüquq-mühafizə orqanlarının Parisin şimal-şərqində yerləşən və iki həftə ərzində yüzlərlə qaçqının məskəni olan Jean-Jaures liseyini azad eləməyə səy göstərən zaman yaşanıb.

    Nümayişçilər maskada olub və "hamı polisə nifrət edir" deyə qışqıraraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf müxtəlif predmetlər tullayıb. Bəzi nümayişçilər isə "qaçqınlarla həmrəylik" şüarını səsləndirib. Etiraz edən kütləni dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

    Qeyd edək ki, aprelin 22-nə keçən gecə buna qədər "Stalinqrad" dəmir yol stansiyası yaxınlığındakı körpünün altında çadırlarda yaşayan miqrantlar Jean-Jaures liseyinə yerləşmişdi. Onların əksəriyyəti Əfqanıstan, Sudan, Yəmən, Somali və Eritreyadan gələnlərdir. Mayın 2-də polis üçüncü dəfə lagerin təxliyəsini həyata keçirib. Ümumilikdə 1600-dən çox adam evakuasiya edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi