Paris ətrafında partlayıcı tapıldıqdan sonra antiterror əməliyyatı keçirilib

Paris ətrafında partlayıcı tapıldıqdan sonra antiterror əməliyyatı keçirilib İş üzrə iki nəfər saxlanılıb
Digər ölkələr
6 Sentyabr , 2017 19:02
Paris ətrafında partlayıcı tapıldıqdan sonra antiterror əməliyyatı keçirilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Parisdə evlərin birində "Şeytanın anası" adlı partlayıcı tapıldıqdan sonra polis şəhər ətrafında antiterror əməliyyatı keçirib.

"Report" "France Info" portalına istinadən xəbər verir ki, iş üzrə iki nəfər saxlanılıb. İstintaq prokurorluğun antiterror şöbəsi tərəfindən aparılır.

Paytaxtdan cənubda yerləşən Viljüif kommunasında boş mənzillərin birində aparılmış axtarış nəticəsində polis əməkdaşları partlayıcı maddə və onun hazırlanması üçün hissələrini aşkarlayıb.

BFM TV telekanalının məlumatına görə, orada həmçinin qaz balonları, asetonla dolu şüşə qablar, elektrik naqilləri və başqa maddələr də aşkar edilib.

"Şeytanın anası" adlı partlayıcı sadə hazırlanma üsulu ilə fərqlənir. Son illər terrorçular ondan Qərbi Avropa ölkələrində törətdikləri partlayışlarda istifadə ediblər. 

Son xəbərlər

Orphus sistemi