Sentyabrın 1-dən Parisdə elektrikli skuterləri icarəyə götürmək mümkün olmayacaq.
“Report” xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, şəhər meriyası Parisdə bu nəqliyyat vasitələrini təklif edən üç özəl operatorla müqavilələri yeniləmək niyyətində deyil. Beləliklə, Paris bu qərarla əhaliyə elektrikli skuterlərin verilməsi xidmətini qadağan edən ilk Avropa paytaxtı olacaq.
Bu xidmətin təminatçıları avqustun sonuna kimi istifadə oluna bilən skuterləri Paris küçələrindən yığışdırmalıdırlar.
Bu qərar şəhərin elektrik skuterlərindən istifadəyə dair referendumun nəticələrinə əsaslanır. Səsvermədə 100 mindən çox parisli iştirak edib. Aprelin 2-də keçirilən referendumda iştirak edənlərin 89 %-i qadağanın lehinə səs verib.
Belə bir səsvermənin səbəbi şəhərin hər yerinə səpələnmiş skuterlərin yaratdığı problemlər, lakin xüsusilə onların istifadəçilərinin təhlükəsizliyi ilə bağlı narahatlıq idi.
RTBF bu referendumun sözügedən şirkətlər tərəfindən tənqid edilməsini qeyd edir ki, bu da hər şeydən əvvəl 7,46 % aşağı iştirakla əlaqədardır.