Paraqvayda koronavirusdan ölüm hallarında yeni antirekord qeydə alınıb

Paraqvayda koronavirusdan ölüm hallarında yeni antirekord qeydə alınıb Paraqvayda koronavirusdan gündəlik ölüm hallarında yeni antirekord qeydə alınıb.
Digər ölkələr
9 İyun , 2021 12:27
Paraqvayda koronavirusdan ölüm hallarında yeni antirekord qeydə alınıb

Paraqvayda koronavirusdan gündəlik ölüm hallarında yeni antirekord qeydə alınıb.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Gün ərzində ölkədə 140 nəfər dünyasını dəyişib. Bununla da pandemiya başlayandan indiyədək respublikada COVID-19 ölənlərin sayı 10 145 nəfərə çatıb.

İyun ayından etibarən Paraqvayda koronavirusa yoluxma və ölüm sayında əhəmiyyətli artım qeydə alınır. Ölkənin Səhiyyə Nazirliyi dünən 3 135 yoluxmanın qeydə alındığını, pandemiya başlayandan indiyədək bu sayın 379 131 nəfərə çatdığını açıqlayıb.

Paraqvay hökuməti sanitar-epidemioloji vəziyyətin mürəkkəbliyi səbəbindən ölkəyə oksigen tədarükünün artırılması xahişi ilə qonşu Braziliyaya müraciət edib. Respublikada koronaviruslu xəstələrə qulluq göstərən tibbi personal və vaksinlər baxımından da çatışmazlıq hiss olunur.

Xatırladaq ki, Paraqvayda koronavirusa ilk yoluxma hadisəsi ötən ilin martında qeydə alınıb. Ölkə hakimiyyəti 2020-ci il martın 10-da karantin vəziyyəti elan edib və onun müddətini bir neçə dəfə uzadıb.

Son xəbərlər

Orphus sistemi