Paraqvayda iki almaniyalı fermer qətlə yetirilib
Digər ölkələr
- 30 yanvar, 2015
- 03:42
Bakı. 30 yanvar. REPORT.AZ/ Ötən gün Paraqvayın şimalında 30 il fermer təsərrüfatı ilə məşğul olan almaniyalı kişi və qadının meyiti aşkar edilib.
"Report" xəbər verir ki, onlar ehtimal ki, yerli yaraqlılar tərəfindən oğurlanıb və güllələniblər.
Fermanın daha dörd işçisi isə yaraqlıların əlindən qaçmağa müvəffəq olub.
Onların cəsədi paytaxt Asunsona gətirilib və daha sonra Almaniyaya göndəriləcək.
Hökumət məmurları bəyan ediblər ki, əsgərlər cəsədləri partizan dəstələrinin döyüşçüləri ilə atışmadan sonra aşkar ediblər.
Təhqiqatçıların məlumatına görə, üsyançılar guya meşələrin mütəşəkkil şəkildə qırılmasının cəzası olaraq kasıblar üçün pul və qida tələb ediblər. "Associated Press"in məlumatına görə, fermerlərdən 300 min dollar tələb olunub.
Son xəbərlər
12:38
İntensiv yağıntılar sabah da davam edəcək
Ekologiya12:25
Beynəlxalq səyyahlar Zəngilana səfər ediblər
Qarabağ12:25
"AGS CO" Albaniya ərazisində TAP qaz kəməri sisteminə texniki xidmət göstərməyi davam etdirəcək
Energetika12:19
Qriqoryan: İrəvan Azərbaycan ərazisindən tranziti ticarətin artımının açarı hesab edir
Region12:18
Azərbaycanda armatur istehsalı 18 % azalıb
Sənaye12:16
Foto
Rusiyanın İrana göndərdiyi növbəti yardım Azərbaycandan yola salınıb - YENİLƏNİB
Daxili siyasət12:09
Yonas Urbiq zədə səbəbindən Almaniya millisinin yoldaşlıq oyunlarını buraxacaq
Futbol11:56
Apreldə Astanada Xəzər dənizi üzrə birgə işçi qrupunun ilk iclası keçiriləcək
Ekologiya11:52