Yuxarı

Pan Gi Mun və Ukrayna prezidenti arasında telefon danışığı olub

Tərəflər ölkənin şərqində humanitar vəziyyət və Minsk razılaşmalarının yerinə yetirilməsi məsələlərini müzakirə edib

Bakı. 22 aprel. REPORT.AZ/ BMT-nin baş katibi Pan Gi Mun Ukrayna prezidenti Ptyotr Poroşenko ilə telefon əlaqəsi saxlayıb. "Report" BMT mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər ölkənin şərqindəki humanitar vəziyyət və Minsk razılaşmalarının yerinə yetirilməsi, həmçinin BMT-nin sülhməramlı əməliyyatı haqqında məsələləri müzakirə ediblər. 

"Telefon danışığı zamanı onlar Ukraynanın şərqindəki münaqişəni müzakirə edib və "Minsk razılaşmalarının yerinə yetirilməsi üzrə tədbirlər paketi"nin icrasının vacib olması ilə bağlı həmfikir olduğunu bildiriblər", - BMT mətbuat katibi brifinqdə qeyd edib. 

Mətbuat katibi əlavə edib ki, baş katib bir daha  vurğulayıb ki, BMT mandatlı beynəlxalq sülhməramlı missiyanın təşkil olunması ilə bağlı qərarı BMT Təhlükəsizlik Şurası qəbul edir. 

Pan Gi Mun Minsk razılaşmalarının siyasi elementlərinin həyata keçirilməsinin və humanitar vəziyyətin yaxşılaşdırılmasının zəruri olduğunu qeyd edib. 

Baş katib onu da bildirib ki, BMT Ukrayna xalqını dəstəkləyir və ölkə üçün çətin bir gündə onunla həmrəydir. Pan Gi Mun BMT-nin bu ölkədəki fəaliyyətini davam etdirəcəyinə dair söz verib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi