Pakistanın sabiq prezidentinə müalicə alması üçün xaricə getməyə icazə verilib

Digər ölkələr
  • 16 mart, 2016
  • 17:41
Pakistanın sabiq prezidentinə müalicə alması üçün xaricə getməyə icazə verilib

Bakı. 16 mart. REPORT.AZ/ Pakistan məhkəməsi sabiq prezident Pərviz Müşərrəfə müalicə alması üçün xaricə getməyə icazə verib.

Bundan əvvəl sabiq prezident haqqında bir neçə maddə ilə cinayət işi qaldırıldığı üçün Pakistan hökuməti onun ölkədən çıxmasını qadağan etmişdi.

Xatırladırıq ki, Pərviz Müşərrəf 2001-2008-ci illərdə Pakistanın prezidenti olub.