Pakistanın Bəlucistan əyalətində silahlıların avtomobil yollarına və polis məntəqələrinə hücumları nəticəsində 51 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
“Bu hücumlar Pakistanda anarxiya yaratmaq üçün yaxşı düşünülmüş plandır. Təhlükəsizlik qüvvələri 12 yaraqlını öldürüb”, - daxili işlər naziri Möhsin Nəkvi bildirib.
Pakistanın cənub-qərbində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 39 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə "Frans Press" agentliyinə əyalət administrasiyasının mətbuat katibi bildirib.
Onun sözlərinə görə, hücumu “Bəlucistan Azadlıq Ordusu” qruplaşmasının radikalları həyata keçirib.
“Geo TV”-nin məlumatına görə, avqustun 26-da səhər saatlarında silahlı şəxslər magistral yolu bağlayıb, sərnişinləri avtobus və yük maşınlarından düşürüblər. Qeyd olunub ki, silahlılar 10-a yaxın avtomobili də yandırıblar. Hadisə yerinə polis və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib.
Pakistanın cənub-qərbində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 23 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Təfərrüatlar verilməsə də, Pakistanın Baş naziri Şahbaz Şərif sərnişin avtobuslarına hücumların Bəlucistan əyalətində baş verdiyini bildirib”, - məlumatda qeyd edilib.