Pakistanda mikroavtobus treyler ilə toqquşub, 7 nəfər ölüb

Pakistanda mikroavtobus treyler ilə toqquşub, 7 nəfər ölüb Bakı. 27 noyabr. REPORT.AZ/ Pakistanın Sind əyalətində ölümlə nəticələnən yol qəzası baş verib.
Digər ölkələr
27 Noyabr , 2017 18:02
Pakistanda mikroavtobus treyler ilə toqquşub, 7 nəfər ölüb

Bakı. 27 noyabr. REPORT.AZ/ Pakistanın Sind əyalətində ölümlə nəticələnən yol qəzası baş verib.

"Report" "Sinhua" agentliyinə istinadən xəbər verir ki, sərnişin mikroavtobusu ilə treylerin üz-üzə toqquşması və mikroavtobusun tərs çevrilməsi nəticəsində 7 nəfər ölüb, 5 nəfər yaralanıb.

Polis qəzanın sürət həddinin aşılmasına görə baş verdiyini qeyd edib.

Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi