Pakistanda Kərbəla matəminə hücum nəticəsində 22 nəfər ölüb
Digər ölkələr
- 24 oktyabr, 2015
- 04:57
Bakı. 24 oktyabr. REPORT.AZ/ Pakistanın cənubunda Sind əyalətinin Yakubabad şəhərində Kərbəla matəmi ilə bağlı mərasimə toplanan şəxslərə edilən hücum nəticəsində 22 nəfər ölüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda rayonun polis rəisi Xuda Buks bildirib.
Onun sözlərinə görə, basqın intiharçı-terrorçu tərəfindən törədilib. Polis rəisi deyib ki, ölənlərin arasında qadın və uşaqlar da var. Hadisə nəticəsində onlarla mərasim iştirakçısı yaralanıb.
Bu, son bir həftədə Pakistanda həyata keçirilən üçüncü terror hadisəsidir. Ölkənin Bəlucistan əyalətindəki məsciddəki partlayış nəticəsində 10 nəfər, əyalətin mərkəzi Kuetta şəhərində sərnişin avtobusundakı minanın partladılması nəticəsində isə 11 nəfər həyatını itirmişdi.
Son xəbərlər
05:50
Britaniya ABŞ-nin sanksiya tətbiq etdiyi iranlının iki penthausunun satışına icazə verib
Digər ölkələr05:17
ABŞ Ekvador narkokartelinin maraqları naminə istifadə olunan gəmiləri batırıb
Digər ölkələr04:41
Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
Digər ölkələr04:02
Pit Heqset İranı hədələyib: Tankerlərini məhv edəcəyik və batıracağıq
Digər ölkələr03:37
İran ordusu ABŞ-nin aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
Region03:11
Ronaldu "Əl-Nəsr"lə mövsümdə ilk məğlubiyyətini alıb
Futbol02:41
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
Region02:07
"Isar Aerospace" ilk dəfə kontinental Avropadan raketi orbitə çıxarıb
Digər ölkələr01:49