Pakistanda baş verən partlayışlar nəticəsində ölənlərin sayı 57-yə çatıb.
“Report” xəbər verir ki, ölənlərdən 2-si polisdir.
Məlumata görə, hadisə nəticəsində 140-dan çox adam yaralanıb.
Ölənlərin sayının artacağı istisna edilmir.
Pakistanın Xeyber-Paxtunxva əyalətində də partlayış baş verib.
“Report” xəbər verir ki, partlayışın səbəbi hələ ki məlum deyil, itkilər barədə də məlumat verilməyib.
Bildirilib ki, bu, gün ərzində ölkədə baş verən ikinci oxşar hadisədir.
Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində məsciddə törədilən terror aktı nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.
“Report” xəbər verir ki, ölənlər arasında yerli polis rəisinin müavini də var.
Məlumata görə, 50-dən çox insan yaralanıb.
Pakistanda məscid yaxınlığında baş verən partlayışda 13 nəfər ölüb, 70 nəfər yaralanıb.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər partlayışın kamikadze tərəfindən törədildiyini ehtimal edir.
Qeyd edək ki, partlayış Mastunq şəhərində insanların Peyğəmbərin mövlud gününü qeyd etmək üçün toplaşdığı məscidin yaxınlığında baş verib.