Pakistan Senatının sədr müavini Bəlucistanda 25 nəfərin həlak olduğu partlayışda yaralanıb

Pakistan Senatının sədr müavini Bəlucistanda 25 nəfərin həlak olduğu partlayışda yaralanıb Yüksək vəzifəli məmur tədbirdən geri dönərkən korteji partladılıb
Digər ölkələr
12 May , 2017 15:29
Pakistan Senatının sədr müavini Bəlucistanda 25 nəfərin həlak olduğu partlayışda yaralanıb
Ria.ru

Bakı. 12 may. REPORT.AZ/ Pakistan Senatının sədr müavini Mövlana Əbdül Qafur Hayderi Bəlucistanda vilayətində törədilən partlayışda yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, partlayış Mastunq bölgəsində baş verib. Yüksək vəzifəli məmur tədbirdən geri dönərkən korteji partladılıb.

Qafur Hayderi yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

"Tribune.com.pk" portalının məlumatına görə, partlayış nəticəsində ümumilikdə 25 nəfər həlak olub, 35 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi