Pakistan Baş naziri Şahbaz Şərif “Pakistan International Airlines” (PIA) milli aviaşirkətinin Parisə uçuşlarının bərpası ilə bağlı sosial şəbəkələrdə böyük qalmaqala səbəb olan və istifadəçilər tərəfindən 2001-ci il sentyabrın 11-də Nyu-York və Pentaqona hücumlarla müqayisə edilən reklamla bağlı araşdırma aparılmasına göstəriş verib.
Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.
PIA-nın 2025-ci il yanvarın 10-dan İslamabaddan Parisə uçuşların bərpası ilə bağlı reklamı Eyfel qülləsinə doğru birbaşa uçan təyyarə təsviri və "Paris, biz bu gün gələcəyik" şüarı ilə dərc edilib. Bu, böyük tənqidə səbəb olub.
KİV-in məlumatına görə, Pakistanın maliyyə naziri Məhəmməd İshaq Dar parlamentin iclasında bildirib ki, Baş nazir Şahbaz Şərif bu cür reklamın aviaşirkət tərəfindən necə təsdiqləndiyini araşdırmağı tapşırıb.
Xatırladaq ki, təhlükəsizlik məsələləri PIA-nın ABŞ və Böyük Britaniyaya uçuşlarının qadağan edilməsinə səbəb olub. Pakistanın dövlət aviadaşıyıcısı PIA Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) dörd illik qadağasının ləğvindən sonra Avropaya uçuşları bərpa edib.