Pakistanın Baş naziri: İqlim dəyişikliyi ilə mübarizə ŞƏT-in prioritetinə çevrilməlidir

Pakistanın Baş naziri: İqlim dəyişikliyi ilə mübarizə ŞƏT-in prioritetinə çevrilməlidir İqlim dəyişikliyi ilə mübarizə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üçün prioritet olmalıdır.
Digər ölkələr
16 Oktyabr , 2024 12:05
Pakistanın Baş naziri: İqlim dəyişikliyi ilə mübarizə ŞƏT-in prioritetinə çevrilməlidir

İqlim dəyişikliyi ilə mübarizə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) üçün prioritet olmalıdır.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Hökumət Başçıları Şurasının 23-cü iclasında çıxışı zamanı deyib.

“Gözlənilməz iqlim dəyişikliyi bəşəriyyətin mövcudluğuna təhlükə yaradır. Onun dağıdıcı təsiri böyükdür və bütün sərhədləri aşır. ŞƏT regionunda iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi iqtisadi sabitliyin və sosial rifahın davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

İqlimə ən həssas ölkələrdən biri kimi Pakistan dayanıqlığı artırmaq və indiki və gələcək nəsillərimiz üçün daha təhlükəsiz gələcəyi təmin etmək üçün üzv dövlətlər arasında ekoloji əməkdaşlığa üstünlük verilməsinin vacibliyini nümayiş etdirir”, – o bildirib.

Son xəbərlər

Orphus sistemi