Ötən il Britaniyada isti hava səbəbindən ölüm halı rekord həddə çatıb

Ötən il Britaniyada isti hava səbəbindən ölüm halı rekord həddə çatıb Ötən il İngiltərədə isti hava səbəbindən 4 min 507 nəfər ölüb.
Digər ölkələr
22 Sentyabr , 2023 20:16
Ötən il Britaniyada isti hava səbəbindən ölüm halı rekord həddə çatıb

Ötən il Britaniyada isti hava səbəbindən 4 min 507 nəfər ölüb.

Bu barədə “Report” Böyük Britaniyanın Milli Statistika İdarəsinə (ONS) istinadən xəbər verir.

Belə ki, Britaniyada 1988-2022-ci illərdə temperaturla bağlı ölüm və xəstəxanaya yerləşdirmə riskinin təhlili dərc edilib.

Təhlillərə görə, istidən ölənlərin sayı 32 il ərzində iki dəfədən çox artıb: “Ölkədə termometrlərin 40 dərəcəni keçdiyini göstərən 2022-ci ilin ən isti günlərində istilərdən 4 min 507 nəfər ölüb”.

Məlumatda qeyd olunub ki, ən yüksək ölüm riski Londondadır və bu göstərici rekord həddir.

Son xəbərlər

Orphus sistemi