Ötən il Çinlə ABŞ arasında ticarət dövriyyəsi 3,7 % artıb
Digər ölkələr
- 13 yanvar, 2025
- 04:53
Çin və ABŞ arasında ticarət dövriyyəsi 2024-cü ildə 3,7 % artaraq 688,28 milyard dollar təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi məlumat yayıb.
ABŞ Çinin ən böyük ticarət tərəfdaşı olaraq qalır. Çindən bu ölkəyə ixracat keçən il 4,9 % artaraq 524,66 milyard dollara yüksəlib. Eyni zamanda, ABŞ-dən ÇXR-ə tədarük 0,1 % azalaraq, 163,62 milyard dollara çatıb. İki ölkənin ticarətində hələ də əhəmiyyətli balanssızlıq var.
Son illər Çin-Amerika münasibətləri daha da gərginləşib ki, bu da iki ölkə arasında ticarətə təsir edib. 2022-ci ildə onların ticarət dövriyyəsi cəmi 0,6 % artaraq 759,4 milyard dollara çatıb. 2023-cü ildə isə 11,6 % azalaraq 664,45 milyard dollar təşkil edib.
Son xəbərlər
09:16
İsmayılda iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var
Hadisə09:06
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
Futbol09:04
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (22.06.2026)
Maliyyə09:00
Kolumbiyada keçirilən prezident seçkilərində ifrat sağçı De la Esprielya qalib gəlir
Digər ölkələr08:49
Pirəkəşküldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Hadisə08:41
FHN çimərliklərdə təhlükəsizlik qaydalarına dair əhaliyə müraciət edib
Hadisə08:17
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:55
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
Energetika07:36