Ötən ay Çində yoluxucu xəstəliklərdən 1901 nəfər ölüb

Ötən ay Çində yoluxucu xəstəliklərdən 1901 nəfər ölüb Bakı. 21 fevral. REPORT.AZ/ Çinin Milli Sağlamlıq Komissiyası tərəfindən nəşr olunan 2019-cu ilin yanvarı: milli səviyyədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət və epidemiya hesabatına görə, ötən ay ölkədə 1 milyon 143 min 574 nəfərdə yoluxucu xəstəlik aşkarlanıb.
Digər ölkələr
21 Fevral , 2019 06:31
Ötən ay Çində yoluxucu xəstəliklərdən 1901 nəfər ölüb

Bakı. 21 fevral. REPORT.AZ/ Çinin Milli Sağlamlıq Komissiyası tərəfindən nəşr olunan "2019-cu ilin yanvarı: milli səviyyədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət və epidemiya" hesabatına görə, ötən ay ölkədə 1 milyon 143 min 574 nəfəryoluxucu xəstəlik aşkarlanıb.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, yoluxucu xəstəliklər 1901 nəfərin həyatına son qoyub. Bununla yanaşı, qeyd edilir ki, ötən ay AİDS-dən 423 nəfər, vərəmdən 208, hepatitdən 68, quduzluqdan 33, qripdən 143 nəfər dünyasını dəyişib.

Buna baxmayaraq, yoluxucu xəstəliklərin ən çox hansı bölgələrdə və şəhərlər aşkar edildiyi barədə məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi