Sudanın keçmiş Prezidentinin evində milyonlarla avro və bir neçə milyard yerli valyuta aşkarlanıb
Digər ölkələr
- 20 aprel, 2019
- 10:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Sudanın hərbi prokurorluğunun müstəntiqləri ölkənin keçmiş Prezidenti Ömər əl-Bəşirin evində milyonlarla avro və bir neçə milyard yerli valyuta aşkarlayıblar.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Sudanda çıxan “Ar-Ray Aləm” qəzeti yazıb.
Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş Prezidentin qızının evindən 6 milyon avro, 351 min dollar, 5 milyard Sudan funtu (təxminən, 105 milyon dollar) aşkar edilərək müsadirə olunub. Bu pullar Sudanın Mərkəzi Bankına köçürülüb.
Qeyd edək ki, Sudanda ötən ilin dekabrında çörəyin qiymətinin bahalaşmasına qarşı keçirilən aksiyalar cari il aprelin 11-də 1989-cu ildən ölkəni idarə edən Ömər əl-Bəşirin devrilməsi ilə nəticələnib.
Son xəbərlər
06:39
İran nüvə komplekslərinin yaxınlığında yeni yeraltı obyekt inşa edir
Region
06:08
Ukrayna Ordusu "Starshield" məhdudiyyətləri səbəbindən əməliyyatları ləğv etməli olub
Digər ölkələr
05:43
S&P Fransanın kredit reytinqi proqnozunu mənfiyə endirib
Digər ölkələr
05:22
İsveçrədə milyonçunun arvadı supermarketdən oğurluq edərkən tutulub
Digər ölkələr
04:50
"Rheinmetall" Ukraynada mərmi zavodunun inşasını ləğv edə bilər
Digər ölkələr
04:16
İran HDQ: ABŞ-nin blokadasını pozmaq üçün əməliyyatlar aparılır
Region
03:37
"OpenAI" "Apple" şirkətini ticarət sirlərinin oğurluğunda ittiham edərək, iddia qaldırıb
İKT
03:09
Suriyada terrorçular təhlükəsizlik qüvvələrinin patruluna hücum ediblər
Digər ölkələr
02:41
Peruda helikopter qəzası nəticəsində səkkiz hərbçi həlak olub
Digər ölkələr