Obama İran liderinin sərt bəyanatına baxmayaraq optimistir

Obama İran liderinin sərt bəyanatına baxmayaraq optimistir İyunun 30-dək yekun saziş imzalanmalıdır
Digər ölkələr
12 Aprel , 2015 12:06
Obama İran liderinin sərt bəyanatına baxmayaraq optimistir

Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barack Obama İranın nüvə proqramı ilə bağlı razilaşmaya dair optimist olduğunu deyir.

"Report"un Azadlıq radiosuna istinadən veridiyi xəbərə görə, Ağ Ev başçısı bildirib ki, bu həftə Iranın ali dini lideri Ali Khameneiyi-nin sərt bəyanatına baxmayaraq, razılıq əldə olunacaq.

Obama deyib ki, Khameneyi-nin “bu mövzuda İranın öz daxili siyasəti var” kimi açıqlamasına təəccüblənməyib. Aprelin 11-də Panamada jurnalistlərə açıqlamasında Obama əlavə edib ki, yekun sazişdə əsas məqsədlərə nail olunacaq.

İran və altı dünya dövləti ötən həftə İsveçrədə Tehranın nüvə proqramını cilovlamaq və əvəzində İrana tətbiq edilmiş sanksiyaları qaldırmaq üçün ümumi razılığa gəliblər.

İyunun 30-dək yekun saziş imzalanmalıdır.

Birləşmiş Ştatlar elan edib ki, razılıq əldə olunandan sonra İrana qarşı sanksiyalar mərhələlərlə aradan qaldırılacaq. Amma İran rəsmiləri, o cümlədən ali lider Ali Khamenei bildirib ki, sanksiyaların hamısı raziliq əldə olunan kimi dərhal ləğv olunmalıdır.

Son xəbərlər

Orphus sistemi