Nyu-Yorkdan zəlzələ bölgəsinə humanitar yardım göndərilib

Nyu-Yorkdan zəlzələ bölgəsinə humanitar yardım göndərilib "İki gün ərzində toplanan 30 tona yaxın humanitar yardım Nyu-Yorkdan Türkiyəyə göndərildi".
Digər ölkələr
9 Fevral , 2023 08:58
Nyu-Yorkdan zəlzələ bölgəsinə humanitar yardım göndərilib

"İki gün ərzində toplanan 30 tona yaxın humanitar yardım Nyu-Yorkdan Türkiyəyə göndərildi".

Bunu Türkiyənin Nyu-Yorkdakı Baş konsulu Reyhan Özgür "Report"un ABŞ bürosuna açıqlamasında deyib.

Ölkəmizdəki fəlakətdən sonra beynəlxalq miqyasda yardımlar üçün çağırışlar oldu. Vaşinqtondakı səfirliyimizin öndərliyi ilə Amerikadan yardımlar toplanmağa başlandı. Bizlər də burda Nyu-Yorkda, Nyu-Cersi və Pensilvanyada yaşayan, xidmət bölgəmizdə olan vətəndaşlarımızla əl-ələ verib fəaliyyətə başladıq. Yardımlar dünən və bu gün türk evində yaradılmış humanitar məntəqədə toplandı. Ötən gecə Türk Hava Yollarının iki müxtəlif uçuşu ilə ihtiyaç bölgələrinə paylanılması üçün beş ton humanitar yardımı ölkəmizə göndərdik. Vətəndaşlarımız olduqca həssaslıq göstərirlər. ABŞ-də yaşayan bütün türklər bir yumruq kimi birləşiblər. Gördüyünüz kimi, soydaşlarımız Türk Evinə axın edirlər. Bir çox vətəndaşlarımız böyük tırlarla birlikdə yardım vasitələrini birbaşa havalimanına aparırlar. Bu axşam Kennedi Beynəlxalq Havalimanından bir kargo uçuşu baş tutacaq. O, kargo uçuşu ilə 15-20 tona yaxın əlavə humanitar yardımı Nyu-Yorkdan Türkiyəyə çatdıracayıq".

Konsul deyir ki, sabahdan etibarən türk icmasının daha sıx yaşadığı Nyu-Cersi ştatında humanitar məntəqə qurulacaq. R. Özgür ABŞ-də yaşayan Türkiyə vətəndaşlarını mütəmadi olaraq humanitar dəstək fəaliyyətlərindən məlumatlanmaları üçün Türkiyənin Nyu-Yorkdakı Baş konsulluğunun sosyal medya hesablarını izləməyə səslədi. R. Özgür Türkiyənin ən çətin günündə birlik nümayiş etdirən ABŞ-dəki Azərbaycan icmasının aktivlərinə də təşəkkür etdi: "Mən buradan Azərbaycan xalqına xüsusi minnətdarlığımı çatdırmaq istərdim. Zəlzələnin ilk anından etibarən Baş konsulluğumuza və birbaşa mənə zəng edib hansı şəkildə yardım edə biləcəklərini soruşdular və bizlərə dəstəklərini bəyan etdilər. Hər zaman, hər daima bizlərlə birlikdə olduqlarını ifadə etdilər. Bununla yanaşı Azərbaycanın BMT-dəki daimi təmsilcisi Yaşar Əliyev dünən konsulluğumuzu ziyarət etdi, birbaşa mənə başsağlığını çatdırdı və matəm defterimizi imzaladı. Bizler həm Türkiyədə, həm də burda Azərbaycanın desteyini her zaman hiss edirik. Bütün azərbaycanlı qardaşlarımıza təşəkkür edirəm".

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Son xəbərlər

Orphus sistemi