Nyu-Yorkda tikilməkdə olan bina uçub, ölən və yaralananlar var - VİDEO

Nyu-Yorkda tikilməkdə olan bina uçub, ölən və yaralananlar var - VİDEO Çərşənbə axşamı Nyu-Yorkun Bronks rayonunda tikilməkdə olan evin qismən uçması nəticəsində 1 nəfər ölüb, daha 5-i xəsarət alıb.
Digər ölkələr
27 Avqust , 2019 23:55
Nyu-Yorkda tikilməkdə olan bina uçub, ölən və yaralananlar var - VİDEO

Çərşənbə axşamı Nyu-Yorkun Bronks rayonunda tikilməkdə olan evin qismən uçması nəticəsində 1 nəfər ölüb, daha 5-i xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın iri meqapolisinin Yanğın Mühafizə Xidmətinin "Twitter" səhifəsi məlumat yayıb.

Yanğınsöndürənlər yaralını dağıntılar altından çıxarsalar da, o, aldığı xəsarətlərdən keçinib. Yaralılardan ikisi ağır vəziyyətdədir.

NBC telekanalının məlumatına görə, tikinti iskələsi və konstruksiya elementləri binada işləyən fəhlələrin üzərinə uçub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Son xəbərlər

Orphus sistemi