Nyu-Dehli vağzalında izdiham zamanı azı 15 nəfər ölüb
Digər ölkələr
- 16 fevral, 2025
- 00:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Nyu-Dehli vağzalının dəmir yolu platformasında baş vermiş basabas nəticəsində azı 15 nəfər, o cümlədən on qadın və üç uşaq ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan paytaxtının polis əməkdaşları jurnalistlərə məlumat veriblər.
İnsanlar bu günlərdə qeyd olunan ən böyük dini festival Kumbha-melada müqəddəs Qanq və Yamuna çaylarının qovuşduğu yer olan Sanqamda ritual çimməyi həyata keçirmək üçün Prayaqraj şəhərinə gedən qatarı gözləyirdilər.
Ardıcıl iki qatarın gecikmələri səbəbindən platforma sərnişinlərlə dolub daşmışdı. Gələn qatara minmə zamanı basabas yaranıb və nəticədə 15 nəfər ölüb, azı 10 nəfər yaralanıb.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.
Son xəbərlər
13:17
Koreya Respublika Pediatriya Mərkəzinə tibbi avadanlıqlar ianə edib
Sağlamlıq
13:11
"ARB 24" 8 yaşını qeyd edir
Media
13:09
"Fitch": SGC risklərə qarşı dayanıqlıdır, yüksək enerji qiymətləri fonunda gəlirləri artır
Energetika
13:09
Foto
Masamitsu İto Azərbaycanın güləş millilərinin məşqçiləri və tibbi personalı üçün seminar keçib
Fərdi
13:07
Foto
Xalq artisti Elmira Şabanova dəfn edilib
Mədəniyyət siyasəti
13:07
Foto
Azərbaycan Litva ilə ticarət-investisiya əlaqələrinin inkişafını müzakirə edib
Biznes
13:06
Koşta: Aİ liderləri ilin sonunadək büdcə üzrə razılığa gəlməlidirlər
Digər ölkələr
13:02
Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Hadisə
13:02
Paşinyan: Rusiyaya ziyan vurmaq məqsədimiz yoxdur, qarşı tərəfdən oxşar yanaşma gözləyirik
Region