Fransa hökuməti "Notr-Dam-de-Pari" kilsəsində yanğınla bağlı fövqəladə toplantı keçirir

Fransa hökuməti "Notr-Dam-de-Pari" kilsəsində yanğınla bağlı fövqəladə toplantı keçirir Fransa Nazirlər Kabineti Notr-Dam-de-Pari kilsəsində baş verən yanğınla bağlı fövqəladə toplantı keçirir.
Digər ölkələr
16 Aprel , 2019 13:55
Fransa hökuməti Notr-Dam-de-Pari kilsəsində yanğınla bağlı fövqəladə toplantı keçirir
0 : 00
0 : 00

Fransa Nazirlər Kabineti "Notr-Dam-de-Pari" kilsəsində baş verən yanğınla bağlı fövqəladə toplantı keçirir.  

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, hökumət üzvləri yanğının fəsadlarının aradan qaldırılması və kilsənin yenidən bərpası planı ilə bağlı müzakirələr aparırlar.

İclasda Fransanın Baş naziri Eduar Filipp, mədəniyyət naziri Frank Riester, Daxili İşlər Nazirliyinin dövlət katibi Loran Nunes və digər rəsmilər iştirak edirlər.

Xatırladaq ki, dünən "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.

Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub. 

Son xəbərlər

Orphus sistemi