Rumıniya “Patriot” sisteminin Ukraynaya verilməsini müzakirə etməyə hazırdır

Rumıniya “Patriot” sisteminin Ukraynaya verilməsini müzakirə etməyə hazırdır Rumıniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin göndərilməsi məsələsini müzakirə etməyə hazırdır.
Digər ölkələr
8 May , 2024 08:51
Rumıniya “Patriot” sisteminin Ukraynaya verilməsini müzakirə etməyə hazırdır

Rumıniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin göndərilməsi məsələsini müzakirə etməyə hazırdır.

“Report” xəbər verir ki, bunu ABŞ lideri Cozef Baydenlə görüşdən sonra Rumıniyanın Prezidenti Klaus Verner İohannis deyib.

“Mən nə təklif edə biləcəyimizi başa düşmək üçün bunu Ali Müdafiə Şurası ilə müzakirə etməliyəm. Rumıniyanın hava hücumundan müdafiəsiz buraxılması qəbuledilməzdir”, - İohannis bildirib.

Ağ Evdəki görüşdən sonra Bayden ABŞ qoşunlarını Rumıniyada yerləşdirməyə və NATO-nun şərq cinahının təhlükəsizliyini təmin etmək öhdəliyinə görə İohannisə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi