Notr-Dam de-Pari kilsəsində yanğının mümkün səbəbi açıqlanıb

Notr-Dam de-Pari kilsəsində yanğının mümkün səbəbi açıqlanıb Fransa paytaxtında yerləşən Notr-Dam de-Pari kilsəsinin yanmasına qısa qapanmanın səbəb olduğu ehtimal edilir.
Digər ölkələr
171
19 Aprel , 2019 03:41
Notr-Dam de-Pari kilsəsində yanğının mümkün səbəbi açıqlanıb

Fransa paytaxtında yerləşən Notr-Dam de-Pari kilsəsinin yanmasına qısa qapanmanın səbəb olduğu ehtimal edilir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polis əməkdaşına istinadən "Associated Press" məlumat yayıb.

Onun sözlərinə görə, təhqiqatçılar ehtimal edirlər ki, yanğın təsadüfən olub, bununla belə həm kilsə işçiləri, həm də binanın bərpası ilə məşğul olan mütəxəssislər dindirilir.

Eyni zamanda həmsöhbət yanğına səbəb ola biləcək digər fərziyyələri açıqlamayıb.

Kilsədə güclü yanğın bazar ertəsinə keçən gecə baş verib.

Son xəbərlər

Orphus sistemi