Yuxarı

Fransada Paris Notr-Dam кilsəsi yanıb - FOTO - VİDEO

​Parisin Notr Dam Kilsəsi yanıb

Fransa paytaxtında yerləşən XII əsrə aid Paris Notr-Dam kilsəsinda (Notr-Dam de Pari) yanğın baş verib.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, tüstü və yanğın kilsənin damından başlayıb.

Yanğın nəticəsində kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub.

Yanğının səbəbi hələ ki, məlum deyil.

Hazırda Avropanın ən çox turist gələn bu tarixi abidəsinin məhz yanan hissəsində təmir işləri gedir.

Hadisə nəticəsində zərər çəkənlərin olması barədə məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi