Norveç və Aİ-nin 17 ölkəsi Ukraynaya silah tədarükü ilə bağlı müqavilə imzalayıb

Norveç və Aİ-nin 17 ölkəsi Ukraynaya silah tədarükü ilə bağlı müqavilə imzalayıb Avropa İttifaqının 17 ölkəsi və Norveç Ukraynaya təchizat üçün sursatların birgə alınması layihəsini imzalayıb.
Digər ölkələr
20 Mart , 2023 19:51
Norveç və Aİ-nin 17 ölkəsi Ukraynaya silah tədarükü ilə bağlı müqavilə imzalayıb

Avropa İttifaqının 17 ölkəsi və Norveç Ukraynaya təchizat üçün sursatların birgə alınması layihəsini imzalayıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Müdafiə Agentliyinin yaydığı bəyanatda deyilir.

Belə ki, 18 ölkə Ukrayna üçün 155 mm-lik artilleriya sursatlarının birgə alınması və öz ehtiyatlarının bərpası layihəsinə imza atıblar.

Bundan əvvəl Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borel Aİ-nin Ukraynaya 12 ay ərzində 1 milyon döyüş sursatı verməsi barədə qərarını açıqlamışdı, bu planın həyata keçirilməsi üçün 2 milyard avro ayrılacaq.

Son xəbərlər

Orphus sistemi